14 C
Baku
Saturday, April 27, 2024

Ömər Xəyyamdan ən gözəl seçmələr

1131-ci il  4 dekabr Ömər Xəyyamın vəfat etdiyi tarixdir. Ömər Xəyyam dahi şair, filosof və riyaziyyatçı olmuşdur.  O, şərqin ən müdrik və məşhur simalarından biridir. Özünün məşhur müdrik fikirlərlə və satirik yumorla dolu rübailəri, qəzəlləri ilə yaddaşlarda qalmışdır.

Onun misraları həmişə sətiraltı məna daşımış və bilərəkdən söz simvolikasından istifadə etmiş, məni ruhunun hansı yüksəkliklərə qalxmasını göstərmək üçün bəzən qəsdən bənzətmələrdən  dilindən istifadə etmişdir.  O,  bu yolla açıq aşkar söylənməsi mümkün  olmayanları qələmin sehirli dili ilə ifadə edirmiş.

1362991755_0006gh5r

Bu dəfə Sizə Ömər Xəyyam tərəfindən söylənilmiş bəzi ibrətamiz fikirləri təqdim etmək istərdik:

  • İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar.
  • Kim isə qızılgülün ətrini anlamaz. Kim isə acı otlardan belə bal hazırlayar, kiməsə etdiyin ən xırda yaxşılığı belə əbədi xatırlayar, kiməsə həyatı belə bağışlasan, yenə anlamaz, qədrini bilməz.
  • İki nəfər eyni pəncərədən baxırdı.  Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.
  • Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq.  Biz rəzalət yuvası və şəffaf bulağıq.  İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir.
  • Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır.
  • Həyatda çox vaxt səhv edərək, bizə dəyərli olanları itiririk. Yadların xoşuna gəlməyə çalışırkən, doğmalara yad düşürük. Bizə layiq olmayanları bəzən ucaldır, ən sadiqlərə isə arxa dönürük. Bizi ən çox sevənlərin qəlbinə dəyir, özümüz isə üzürlər gözləyirik.
  • Biz bir də bu dünyaya gəlməyəcək, əzizlərimizlə bir süfrə arxasında yığışmayacağıq. Onda hədər gedən hər zərrə anı belə tutmağa çalış – çünki heç nəyi sonradan geri qaytarmaq mümkün deyil.
  • Zəngin və güclü olana həsəd aparma, sübhdən sonra həmişə qürub yetişər.
  • Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə.

Sevgi haqqında

Омар-Хайям-стихи-о-любви

  • Bu həyatda müdrik yaşamaq üçün gərək insan kamil ola. İki vacib qaydanı öncə yadında saxla: Hər nə gəldi yeməkdən, yaxşıdır insan ac qala, kimlə gəldi olmaqdansa, ömürlük tənha ol.
  • Xanımı olan kişini məst etmək (yoldan çıxarmaq) mümkündür, məşuqəsi olan kişini də tovlamaq olar, amma aşiq olan kişini  tovlamaq qətiyyən mümkün deyil.
  •  Hər qızılgülün öz tikanı var, bu da onun saçdığı ətrin dəyəridir. Kef məclislərinin dəyəri – sərxoşluqdan sonrakı süstlükdür. Özünün ən atəşli vüsalına yetişmək üçün sən illərlə həsrət çəkməlisən.
  • Kədər olsun o ürəyə ki, orda yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə, sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir, bu bəhrəsiz gündən daha  tutqun və daha solğun, daha sıxıcı gün ola bilməz.
  • Sevdiyin insanın qüsurlarını belə bəyənirsən, sevmədiyində isə hətta ləyaqətlər belə səni qıcıqlandırır.

Cənnət cəhənnəmə gedən yox, könül,
Gedib de geriyə dönən yox, könül,
Ümid və qorxumuz o şeydədir ki,
O şeydən bir xəbər verən yox, könül.

Həyatın sirrini bilsəydi ürək,
Bilərdi ölümün sirri nə demək,
Bu gün sağlığında heç bir şey bilməyən,
Ölüb getdi sabah nə edəcək.

Kiminin fikrinə hakim görünür məzhəbü din,
Kiminin saplanaraq qaldığı hər şəkkü yəqin,
Ansızın bir də baxırsın ki, çıxar bir nadi
Bağırır: “Hey, nə odur yol, nə bu, qafil, miskin”.

Könül zəmanədən ehsan gözləmə,
Dövran gərdişindən səhman gözləmə,
Sən dərman axtarsan artacaq dərdin,
Döz acı dərdinə dərman gözləmə.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.