20 C
Baku
Saturday, May 25, 2024

Omanın aşağı büdcəli aviaşirkəti iyunda Bakıya uçuşlara başlayacaq

Omanın aşağı büdcəli “SalamAir” aviaşirkəti iyun ayında Maskat şəhərindən Bakıya mövsümlük uçuşları bərpa edir.

Bunu aviaşirkətin baş direktoru (CEO) Əhməd bin Məhəmməd əl Şethani deyib.

Onun sözlərinə görə, “SalamAir” Bakı ilə yanaşı Maskatdan Trabzona və Almatıya mövsümlük uçuşları həyata keçirəcək. Həmçinin iyun ayında aviaşirkət Albaniyanın Tirana şəhərinə də ilk dəfə uçuşlara başlayacaq.

“Hazırda “SalamAir” bəzi Ərəb, Asiya və Avropa ölkələrinə, həmçinin daxili uçuşlar həyata keçirir. Hava donanmamızda regionun ən müasir təyyarələri – 13 yeni “Airbus A321neo” və “Airbus A320” sərnişin təyyarələri, eləcə də “Airbus A321″ yük təyyarələri var”, – Ə.Şethani bildirib.

O xatırladıb ki, 2023-cü ildə “SalamAir” sərnişin daşımalarını 27 % artıraraq 2,7 milyona çatdırıb..

Son xəbərlər
 ⁠
Digər xəbərlər