6 C
Baku
Saturday, December 14, 2024

Ombudsman 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb. Dəyişikliklə qanuna yeni bənd (16.6-1) əlavə olunur. Yeni bəndə əsasən, müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

Qeyd edək ki, Ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdır. Qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər