7 C
Baku
Monday, March 10, 2025

Onlara 10 000 manata qədər mükafat veriləcək

Keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması ilə bağlı müsabiqənin nəticələri açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqı məlumat yayıb.

Bildirilib ki, müsabiqə binanın ərazisinin istifadəsinə dair ən optimal təkliflərin müəyyən edilməsi məqsədilə elan edilib və mülkiyyətçinin binadan istifadəyə dair yekun qərar qəbul etməsi üçün tövsiyə xarakteri daşıyır.

Münsiflər heyəti üzvləri müsabiqəyə ümumilikdə 86 ərizənin daxil olduğunu, onlardan 19 iş təqdim edilərək qaliblərin müəyyən olunması üçün Münsiflər heyətinin müzakirəsinə verildiyini qeyd ediblər. Müzakirələr nəticəsində münsiflər heyəti açıq səsvermə yolu ilə aşağıdakı nəticəyə gəliblər:

Qaliblərin müəyyən edilməsi – mükafat fondu və yerlər

I yer – Qalib diplomu, 5000 manat pul mükafatı və gələcəkdə layihə üzərində müəllif hüququnda iştirak etmək – Jgenti Nani.

II yer – Qalib diplomu və 3000 manat pul mükafatı – Məmmədli Elçin, Ağayev Gursel.

III yer – Qalib diplomu və 1500 manat pul mükafatı – Bəylərov Elin, Məmmədova Fidan, Qafarov Orxan, Hətəmov Ruslan, Vəliyeva Lalə.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda Stalin dövrünün memarlıq abidəsi hesab olunan “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat yayılmışdı.

Son xəbərlər
Digər xəbərlər