7 C
Baku
Sunday, December 15, 2024

Önümüzdəki aylarda 50% ucuzlaşacaq valyutanın adı açıqlandı

İnkişaf etməkdə olan bazar valyutaları üzrə dünyanın ən yaxşı proqnozçusu Marcin Lipka, qarşıdakı rübdə çökəcək valyutanın adını açıqlayıb.

Banker.az xəbər verir ki, onun proqnozuna görə, Argentina pesosu önümüzdəki aylarda 50% dəyərdən düşərək 100 pesodan yüksək səviyyəyə çatacaq. Lipka-nın sözlərinə görə, Argentinanın milli valyutasının çökməsi Venesuela bolivarının çökməsi qədər təsir edici ola bilər.

Ekspertin fikrincə, inkişaf etməkdə olan bazarların digər valyutaları üçün kəskin ucuzlaşma təhlükəsi yoxdur. Lipka ABŞ dollarının növbəti bir neçə rüb ərzində sabit qalacağını da qeyd edib.

Xatırladaq ki, oktyabrın 23-də Argentinada qeyri-rəsmi peso məzənnəsi son yeddi il ərzində ən aşağı səviyyəyə düşmüşdür – qara bazarda bir dollar 75,5 pesoya bərabər olub.  

Oktyabrın 27-də Argentinada seçkilər keçiriləcək və çox güman ki, ölkənin hazırkı prezidenti Maurico Macri hakimiyyətini itirəcək.

Son xəbərlər
Digər xəbərlər