17 C
Baku
Thursday, October 2, 2025

OPEС+ neft hasilatı ilə bağlı sazişin şərtlərini olduğu kimi saxlamağı tövsiyə edib

OPEC+ alyansının monitorinq komitəsi neft hasilatı ilə bağlı mövcud saziş parametrlərinin dəyişdirilməsini tövsiyə etməyib. Komitə iyul və avqust ayları üzrə neft hasilatı ilə bağlı məlumatları nəzərdən keçirib.

İclasın yekunlarına dair kommünikedə qeyd olunur ki, OPEC+ və Əməkdaşlıq Deklarasiyasına qoşulan ölkələr təşkilatın tövsiyələrinə əməl edirlər. “Komitə bir daha tam uyğunluğun və kompensasiyanın təmin edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb və yenilənmiş kompensasiya cədvəllərini nəzərdən keçirib”, — deyə məlumatda bildirilir.

OPEC+ monitorinq komitəsinin növbəti iclası 30 noyabr tarixinə təyin olunub.

İyun ayında OPEC monitorinq komitəsinin iclaslarını OPEC+ “səkkizliyi”nin görüşləri ilə qarışdırmamağa çağırıb. Xatırladaq ki, sentyabrın əvvəlində təşkilatın iştirakçıları oktyabr ayı üçün gündəlik ümumi neft hasilatının 137 min barel artırılması barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər