8 C
Baku
Thursday, December 12, 2024

“OPEС+”ın monitorinq komitəsinin iclası təxirə salınıb

“OPEС+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nazirlərinin monitorinq komitəsinin iclası bu gün deyil, sabah – 1 iyul tarixində OPEC konfransı ilə paralel keçiriləcək.

Bu barədə RİA “Novosti” mənbəyə istinadən xəbər verir.

“Monitorinq komitəsi də daxil olmaqla, bütün iclaslar 1 iyulda keçiriləcək”, – mənbə qeyd edib.

Ənənəvi olaraq, monitorinq komitəsi əvvəlcə iclas keçirməlidir, bu da onunla əlaqədardır ki, komitə bazardakı vəziyyəti və bununla bağlı proqnozları müzakirə edib və neft hasilatını məhdudlaşdıran razılaşmanın parametrləri barədə iştirakçılara tövsiyə hazırlamalıdır.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər