Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azalmaya doğru cüzi korrektə edib.
2022-ci ildə sözügedən göstərici 65.57 mln. barel həcmində (öncəki proqnoz – 65.58 mln. barel) proqnozlaşdırılır.
Hesabata əsasən, gələn il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67.11 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 10 min barel azdır.
Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63.65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62.97 mln. barel təşkil edib.