10 C
Baku
Wednesday, December 11, 2024

OPEC 2021-ci ilin neft bazarı üçün “yaxşı” olacağını proqnozlaşdırıb

2021-ci ildə neft bazarının bərpa olması və böyüməsi gözlənilir.

Banker.az “Banki.ru”ya istinaən xəbər verir ki, bu barədə sənaye videokonfransında çıxış edən OPEC-ın baş katibi Məhəmməd Barkindo söyləyib.

OPEC-in proqnozuna görə, 2021-ci ildə qlobal neft tələbi 2020-ci il böhranında 9.8 milyon azalma ilə müqayisədə gündəlik 5.9 milyon barel artaraq 95.9 milyon barelə çatacaq.

“Neft bazarının indi geriləmə vəziyyətinə keçdiyini nəzərə alsaq, 2021-ci ilin yaxşı olacağına ümid edirik”, – deyə Barkindo qeyd edib. O, 2020-ci ilki 4.1% azalma ilə müqayisədə ÜDM-nin 4.4% artacağını və bunun qlobal iqtisadiyyat üçün böyük bir sıçrayış olduğunu qeyd edib.

Onun fikrincə, neft sənayesinin 12.6 trilyon dollar həcmində investisiyaya ehtiyacı var. Baş katib 2020-ci ildə tələbat və qiymətlərin düşməsi fonunda mədənçıxarma sahəsindəki investisiyaların üçdə bir qədər düşdüyünü vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər