OPEC 2026-cı ildə qlobal neft tələbinin sutkada 1.4 milyon barel artacağını təxmin edir. Belə ki, təşkilatın hesabatına görə, istehlak ötən ayın proqnozu ilə müqayisədə sutkada 100 min barel artacaq.
Bu, Avropa, Amerika, Yaxın Şərq və Afrikada iqtisadi artım gözləntilərinin yaxşılaşması ilə əlaqədardır. Tələbin əsas artımı Hindistanda görünəcək. Mütləq ifadə ilə yanacağa tələbat gələn il sutkada 107 milyon barel təşkil edəcək.
OPEC 2025-ci ildə qlobal neft tələbi ilə bağlı təxminini ötən ayın səviyyəsində saxlayıb (illik 1.3 milyon barel). Mütləq ifadə ilə bu il 105 milyon barel/günə çatacaq.
Beynəlxalq Enerji Agentliyi 2025-ci ildə neftə tələbatın ötən illə müqayisədə sutkada 704 min barel artacağını proqnozlaşdırır. Bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir (2020 Covid ili istisna olmaqla). Agentlik bu il ümumi neft tələbinin sutkada 104 milyon barel olacağını gözləyir.