OPEC+ alyansı sentyabr ayında neft hasilatı sazişini 115% yerinə yetirib.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, saziş tələblərinin artıqlaması ilə yerinə yetirilməsi alyansın bəzi üzvlərinin hasilatı razılaşdırılmış həcmədək artıra bilməməsindən xəbər verir. Nəticədə, bu, təklifdə defisitə səbəb ola və daha iri neft istehsalçılarını hasilatı artırmağa vadar edə bilər.