OPEC+ alyansının bu gün keçirəcəyi görüş öncəsi neftin qiymətləri dəyər itirib.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:36 radələrinə Brent markalı xam neftin avqust fyuçersindəki qiyməti 2.2 dollar, yaxud 1.89% ucuzlaşaraq 114.09 dollara, WTI nefti isə iyul fyuçersində 2.32 dollar, yaxud 2.01% ucuzlaşaraq 112.94 dollara düşüb.
Qeyd edək ki, bu gün OPEC+ alyansının görüşü keçirilir. Dünya neftinin 40%-ni OPEC ölkələri neftlə təmin edir. Bununla yanaşı Rusiya və digər neft ölkələri də bu alyansda çıxış edir. Bu iyul ayı üçün də 432 min barrel artırılması gözlənilir.