OPEC+ alyansın nazirlər kabinetinin ötən gün neft hasilatına dair qərarı və dolların qlobal bazarda dəyər itirməsi fonunda “qara qızıl”ı bahalaşdırıb, 54 dollara çatdırıb.
Brent markalı xam neftin Londonun qitələrarası fond birjasında bir barreli 26 sent (0.49%) bahalaşaraq 53.86 dollara, Nyu-Yorkun əmtəə birjasında WTI 6 sent (0.12%) bahalaşaraq 49.99 dollar olmuşdur.
OPEC+ ölkələri nazirlərinin 13-cü iclasında gündəlik neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, OPEC+ ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln. 125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan da bu alyansın üzvidir. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacağı öhdəliyini üzərinə götürüb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq.
Bu arada dolların indeksi də azalaraq 89.468 bəndə düşüb. Bu da öz növbəsində dolların əsas rəqibləri qarşısında ucuzlaşmasına səbəb olub. Analitiklər neftin qiymətindəki artımı da məhz dolların indeksindəki bu dəyişmənin payının da olduğunu bildirirlər.