27 C
Baku
Saturday, July 27, 2024

OPEC+ alyansının razılaşması sonrası neft bazarında nə baş verir?

Hazırda birjalarda OPEC+ alyansının neftin hasilatının 9.7 mln. barel/günlük həddində saxlanılması ilə bağlı sazişin uzadılması qərarı ərəfəsində qiymətlər stabildir, lakin, artım dinamikası yoxdur.

Bakı vaxtı ilə 08:30 radələrində Londonun ICE qitələrarası fond birjasında avqust fyuçersləri Brentin bir barelini $0.26 (0.64%) bahalaşdıraraq $41.06 həddində müəyyən edib. Lakin, öncəki gün Brentin bir barelift $42.99 idi.

Eyni vaxtda, iyul fyuçersləri WTI xam neftinin bir bareli Nyu-Yorkun Nymex əmtəə birjasında $0.33 (0.86%) bahalaşdırmaqla $38.52 olub.

Bu arada İraqın yeni neft naziri İhsan Əbd əl-Cabbar ilə Səudiyyə Ərəbistanın Energetika naziri Əbdül Əziz bin Salman arasında telefon danışığı olub. İrqa iyun-iyul aylarında və ondan sonrakı dövrlərdə neft hasilatının azaldılması ilə bağlı razılaşmalara sadiqliyini bir daha təsdiq edib.

Nazirlər arasında dünya neft bazarında yaranmış vəziyyət və Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin bu sahədə sabitləşdirmək istiqamətində səyləri diqqət mərkəzində olub.

May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabarınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə 18 iyuna təyin edilib.

Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barrel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barrel azaldacaqlar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barrel həcmində ixtisar edəcəklər.

Son xəbərlər
Digər xəbərlər