6 C
Baku
Sunday, December 15, 2024

OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ilin oktyabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı 10 min barel azalaraq orta hesabla 710 min barel təşkil edib.

OPEC-in noyabr ayı üzrə hesabatına istinadən, Azərbaycanda 2020-ci ildə maye karbohidrogen istehsalı 60 min barel azalaraq 730 min barelə çatacağı proqnozlaşdırılır. 2021-ci ildə isə maye karbohidrogen hasilatı 10 min barel azalaraq 720 min barel təşkil edəcəyi gözlənilir.

Bu ilin II rübündə Azərbaycan maye karbohidrogen hasilatını I rüblə müqayisədə 60 min barel azaldaraq 730 min barelə, III rübündə isə daha 30 min barel azaldaraq 700 min barelə endirib. Bu ilin IV rübündə isə 20 min barel azaldaraq 680 min barelə endiriləcəyi proqnozlaşdırılır.

Xam neftin hasilatı oktyabr ayında 585 min barel təşkil edərək sentyabr ayındakı göstəricilərinə nisbətən 12 min barel azalıb.

Son xəbərlər
Digər xəbərlər