6 C
Baku
Sunday, December 15, 2024

OPEC Azərbaycanda gələn il neft hasilatı üzrə proqnozunu dəyişməyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-2022-ci ilər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Bu barədə OPEC-in aylıq hesabatı xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 750 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoza bərabərdir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 820 min barel səviyyəsində olacaq (bu, sentyabr ayında verilən proqnoz göstəricisinə bərabərdir).

Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər