10 C
Baku
Friday, December 13, 2024

OPEC Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu açıqlayıb

2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının orta hesabla 0.8 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Bu, 2021-ci ilin hasilat göstəricilərindən 47 min barel/sutka çoxdur.

OPEC-in aylıq hesabatında qeyd olunur ki, 2022-ci ilin mayında Azərbaycanda maye karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə 8 min barel/sutka azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 34 min/barel sutka artaraq 0.7 milyon barel/sutka təşkil edib.

“Rəsmi məlumatlara əsasən, Azərbaycanda xam neft hasilatı may ayında əvvəlki ayla müqayisədə 8 min barel/sutka artaraq orta hesabla 571 min barel/sutka təşkil edib. 2022-ci ildə Azərbaycanda yeni layihələrin işə salınması gözlənilmir. “Azəri-Çıraq-Günəşli” blokunda neft hasilatının azalması “Şahdəniz” kimi yataqlarda hasilatın artması hesabına qismən kompensasiya olunacaq. İlkin məlumatlara əsasən, iyun ayında Azərbaycanda maye karbohidrogen hasilatı 0.8 milyon barel/sutkayadək artıb”, – hesabatda deyilir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər