Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olacaq.
Qeyd olunur ki, ötən ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə gündəlik hasilat üzrə artım tempi 5 min barel təşkil edəcək, bu da ötən proqnoz ilə müqayisədə 19 min barel azdır.
Proqnozun azaldılması Azərbaycanda avqust ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əsaslandırılır.
Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, bu da əvvəlki proqnoz göstəricisindən 49 min barel çoxdur.
Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.