Banker.az xəbər verir ki, Neft ixrac edən ölkələr təşkilatının (OPEC) hesabatında deyilir ki, təşkilat 2017-ci ildə dünya üzrə neftə tələbat həcmi proqnozunu sutkalıq 280 min barrel, yəni 96,77 milyon barrelə qədər artırıb.
Bununla yanaşı, kartel 2017-ci ildə dünya tələbatı üzrə proqnozu sutkalıq 50 min barrel – 1,42 milyon barrelə qədər yüksəldib.
OPEC təşkilatının gözləntilərinə görə, 2018-ci ildə dünya üzrə neftə tələbat cari ildə olduğundan sutkalıq 1,35 milyon barreldən çox olacaq və 98,12 milyon barrel təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, OPEC avqust ayında belə proqnozlaşdırmışdı ki, 2018-ci ildə dünya üzrə neftə tələbat cari ilin göstəricisinə nəzərən sutkada 1,28 milyon barrel artacaq və 97,8 milyon barrel təşkil edəcək.