OPEC+ nazirlərinin görüşü fevralın sonu – martın əvvəli keçirilə bilər. “TASS” xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib.
“Ümumiyyətlə, keçən il nazirlər görüşünün mart ayının əvvəlində olacağı barədə razılıq verilib”, – deyə Noqayev vurğulayıb.
O, hazırda hər kəsin bu tarixlə razılaşdığını, lakin ehtiyac yaranarsa, iclasın fevral ayına keçirilə biləcəyini sözlərinə əlavə edib.
Nazir OPEC-in baş katibi Məhəmməd Barkindo ilə danışdığını da qeyd edib.
©Qafqazinfo