Qlobal energetika sənayesi hələ də koronavirus pandemiyasından əvvəlki zəruri investisiya səviyyəsinə çatmayıb. Bu barədə OPEC-in baş katibi Haysam əl-Qays Rusiya Energetika Həftəsi çərçivəsində verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, sənayedə investisiyaların bərpasını və artımını müşahidə edirik, lakin yəqin ki, hələ də tələb olunan səviyyəyə çatmamışıq. Mən “tələb olunan” deyəndə, COVID-dən əvvəlki dövrü nəzərdə tuturam”, – deyə o qeyd edib.
Baş katib əlavə edib ki, həmin dövrdə və pandemiyadan sonra enerji sahəsinə yatırılan investisiyalar əhəmiyyətli dərəcədə azalıb.