Mayın 25-də Vyanada bir araya gələcək OPEC rəsmiləri neft hasilatının azaldılması ilə bağlı razılaşmanın vaxtının uzadılmasını müzakirə edəcəklər. Sputnik Azərbaycan bloomberght-ə istinadla xəbər verir ki, neft qiymətlərini dəstəkləmək və iqtisadiyyatlarını canlandırmaq istəyən OPEC üzvləri və digər istehsalçılar razılaşmanın daha 9 ay uzadılması ilə bağlı anlaşmaya gələ bilərlər.
Məlumata görə, ümumi fikir birliyi razılaşmanın 2018-ci ilin mart ayına qədər davam etməsi istiqamətindədir. Digər variantlarda isə razılaşmanın daha 6 ay ya da gələn ilin sonuna kimi uzadılmasından söhbət gedir. Qazaxıstan və İran məsələ ilə bağlı fikrini hələ açıqlamayan ölkələr arasındadır.
Hələ ki, razılaşmanın 12 ay uzadılmasını açıq şəkildə dəstəkləyən ölkə yoxdur.