13 C
Baku
Saturday, November 23, 2024

OPEC+ israrlı mövqedə qalması neftin qiymətini qaldırır

Ötən gün OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs qrupu OPEC+ neftin hasilatının plan üzrə artırması xəbəri ardından neftin qiymətində artım müşahidə edilir.

Banker.az xəbər verir ki, Brent neftinin 2022-ci ilin yanvar fyumersləri üzrə qiyməti 72 sent, yaxud 0.89% artımla 81.26 dollara, WTI neftinin qiyməti isə 78 sent, yaxud 0.99% artımla 79.59 dolara yüksəlib.

Neft ötən gün bir müddət OPEC+ iclası başkayan ərəfəsində 84 dolar/barrel səviyyəsinin üzərinə kəskin artımla bahalaşsa da iclas sonuna yenidən 81-lərə qədər eniş yaşadı.

Səudiyyə Ərəbistanı, Rusiya və onunla eyni alyansda olan OPEC+ ABŞ prezidenti Cozef Bayden tərəfindən G20 sammitində tənqid olunmuşdu. Tənqid isə onunla əlaqəli idi ki, OPEC+ alyansı neftə yaranan tələbə adekvat cavab vermir. Digər tərəfdən isə ABŞ-da neft anbarlarında öncəki həftədə 3.3 milyon kəskin artım xəbəri ilə neftin ucuzlaşmasına əlavə təzyiqlər yaradı. Həftə başında 88 dollar olan Brent son iş gününə 81 dollara qədər ucuzlaşdı.

Ötən gün isə Bloomberg yayımladı ki, ABŞ OPEC+ təşəbbüs qrupundan neftin hasilatının günlük (halbuki, planda 400 min barrel aylar üzrə artımdır) 600-800 min barrel artımın xahiş edib. TASS-a OPEC+ qruöundakı vəzifəli şəxs bunun mümkün olmayacağını öncədən siqnal vermişdi. Beləliklə, OPEC+ alyansı plandan kənara çıxmayaraq ötən gün neft hasilatının günlük dekabr ayı üçün 400 min barrel artımına razılıq verdi.

Qeyd edək ki, ötən gün FED-in bazara verdiyi önəmli siqnallardan ilhamlanaraq bahalaşan ABŞ dolları da hazırda ucuzlaşır. ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısındakı indeksi 94.32-lərə qədər eniş yaşayır.

Son xəbərlər
Digər xəbərlər