7 C
Baku
Thursday, December 12, 2024

OPEC+ müqaviləsi Asiya bazarlarında qiymətlərin düşməsinə təsir göstərib

OPEC+ müqaviləsi bağlanandan sonra Asiya bazarlarında qiymətlərin düşməsi qeydə alınıb. Qeyd edildiyi kimi, Brent markalı neftin qiyməti 1,29% düşərək 31,24 dollar səviyyəsinə çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Çinin əsas fond birjalarının indeksləri müqaviləyə demək olar ki, təsir göstərməyib. Shanghai composite 0,33% (2.787,28 punkt), SZSE Component isə 0,55% düşüb (10.241,17 punkt).

Nikkei 255 fond birjasının indeksi 0,64%, Kospi isə 0,9% azalıb.

Xatırladaq ki, aprelin 12-də OPEC+ iştirakçıları neft hasilatının azaldılması üzrə ortaq razılığa gəliblər. Razılaşmanın şərtlərinə görə, 2020-ci ilin ikinci yarısında iştirakçılar istehsalı gündə 7,7 milyon barel, 2021-ci il 1 yanvar tarixindən sonra isə gendə 5,8 milyon barel azaldacaqlar.

Son xəbərlər
Digər xəbərlər