“OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) ölkələrinin nazirləri 18 aylıq fasilədən sonra 2021-ci ilin dekabrında ənənəvi canlı iclaslarını bərpa edə bilərlər.
Bu barədə BƏƏ-nin enerji naziri Suheyl əl-Mazrui “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə bildirib.
“Biz, əslində, ikitərəfli formatda üzbəüz məsləhətləşmələr aparırıq. Lakin düşünürəm ki, dekabrda Vyanada bir araya gələ bilərik. Əlbəttə, bu, bütün nazirlər razılaşarsa baş verəcək” – nazir qeyd edib.
“OPEC+” ölkələrinin son canlı görüşü 2020-ci ilin mart ayında, nazirlərin müqavilənin uzadılması şərtləri barədə razılığa gələ bilmədikləri vaxt baş tutub. Lakin sonra danışıqlar bərpa olunaraq atıq onlayn rejimdə keçirilib (lokdaun və hava səyahətlərinə qoyulan məhdudiyyətlər səbəbindən). O vaxtdan bəri nazirlərin görüşləri hər ay video-konfrans formatında keçirilir.