13 C
Baku
Saturday, November 23, 2024

OPEC neft hasilatının Azərbaycanda artacağını proqnoz edir

2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0.02 milyon barel/günlük artaraq orta hesabla 0.75 milyon barel/günlük təşkil edəcək.

Banker.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir (OPEC HESABATI)

Gələn ilin proqnozlarına əsasən, hasilat 0.07 milyon barel artaraq 0.82 milyon barel/sutkaya bərabər olacaq.

OPEC qeyd edir ki, 2021-ci ilin sentyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0.04 milyon barel artaraq 0.72 milyon barel/sutka təşkil edib.

Əvvəlki ayla müqayisədə isə hasilat 0.02 milyon barel/sutka azalıb: “Ümumilikdə, neft hasilatı avqust ayı ilə müqayisədə 10 min barel/sutka azalaraq orta hesabla 586 min barel/sutka, kondensat hasilatı isə cüzi artaraq 117 min barel/sutka təşkil edib. İyun ayında 618 min barel/sutka həcmində illik maksimuma çatdıqdan sonra Azərbaycanda xam neft hasilatı azalır”.

Son xəbərlər
Digər xəbərlər