27 C
Baku
Friday, May 30, 2025

OPEC+ neft kvotalarını 2026-cı ilin sonuna kimi sabit saxlayıb

OPEC+ ölkələri neft hasilatının həcmini 2026-cı il dekabrın 31-dək sabit saxlamaq qərarına gəlib. Bu barədə dövlətlərin nümayəndələri assosiasiyaya üzv ölkələrin iclasında razılaşıblar. Qeyd edək ki, OPEC+ nazirlərinin növbəti görüşünün noyabrın 30-da baş tutması gözlənilir.

CNBC xəbər verir ki, OPEC+ iclası başa çatdıqdan qısa müddət sonra neft qiymətləri artıb. Brent markalı neftin iyul fyuçersləri 1,26% artaraq bareli 64,90 dollara, WTI markalı neftin iyul fyuçersləri isə 1,56% artaraq bareli 61,84 dollara çatıb.

OPEC katibliyinə həmçinin üzv ölkələr üçün hasilatın maksimum dayanıqlı səviyyəsinin qiymətləndirilməsi metodologiyasını hazırlamaq tapşırılıb. OPEC+ kompensasiya mexanizmi də daxil olmaqla, razılaşmalara tam əməl olunmasının son dərəcə vacibliyini vurğulayıb.

Xatırladaq ki, OPEC+ alyasnında OPEC-dən 12 ölkə daxildir, onlardan üçünün – İran, Liviya və Venesuelanın hasilat kvotası yoxdur. Dekabr razılaşmasına əsasən, OPEC+ ölkələri 2026-cı ilin sonuna qədər neft hasilatını gündə təxminən 2 milyon barel, Rusiya və Səudiyyə Ərəbistanı isə 1,66 milyon barel azaldacaq.

Son xəbərlər
Digər xəbərlər