10 C
Baku
Monday, November 18, 2024

OPEC noyabrda neft hasilatını daha 0.74 milyon barel azaldıb

OPEC ölkələri noyabrda neft hasilatını oktyabr ayı ilə müqayisədə sutkada 744 min barel azaldaraq 28,83 milyon barelə çatdırıb.

Bu barədə kartelin hesabatında deyilir.

OPEC+ sazişinə qoşulan ölkələrin ümumi hasilatı sutkada 683 min barel azalaraq 24,49 milyon barel təşkil edib. OPEC+ sazişi çərçivəsində onların icazə verilən kvotasının sutkada 25,416 milyon barel təşkil ediyini nəzərə alsaq, saziş üzrə plandan geriqalma sutkada 0,94 milyon barel olub.

Noyabrda hasilatın OPEC+ çərçivəsində müəyyən edilmiş kvota səviyyəsinə ən çox azalması Səudiyyə Ərəbistanında qeydə alınıb – sutkada 404 min barel, gündəlik hasilat 10,47 milyon barelə düşüb. Saziş çərçivəsində həmçinin BƏƏ (sutkada 149 min barel, 3,04 milyon barelə düşüb), İraq (117 min barel/gün; 4,47 milyon barel/gün) və Küveyt (121 min barel/gün; 2,69 milyon barel/gün) də hasilatı xeyli azaldıb.

Anqola, Konqo və Nigeriya daha əvvəllər olduğu kimi hasilat planını ciddi şəkildə yerinə yetirmir.

Qeyd edək ki, oktyabrın 5-də keçirilən iclasda OPEC+ hasilat kvotasını noyabr ayından etibarən sutkada 2 milyon barel azaltmaq qərarına gəlib. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyi (BEA) OPEC+ ölkələrinin hasilatının azalmasını sutkada 800 min barel səviyyəsində qiymətləndirib.

Son xəbərlər
Digər xəbərlər