12 C
Baku
Wednesday, December 11, 2024

“OPEC+” ölkələri iyunda neft hasilatını artıra bilər

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri müzakirələrində may ayı üçün neft hasilatı kvotalarının qorunması variantını, lakin iyun ayında tədricən artırılmasını düşünürlər.

Bu barədə TASS “OPEC+”dakı yüksək səviyyəli mənbəyinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq nazirlərin görüşündən öncə aparılır. Mənbə iyun ayında hasilatın hansı həcmdə artırıla biləcəyini açıqlamayıb.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək. Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barel olub. Qeyd olunan həcmlərin 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib. Bununla da Azərbaycan “OPEC+” razılaşması çərçivəsində öhdəliklərini, demək olar, tam yerinə yetirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər