10 C
Baku
Monday, November 18, 2024

OPEC ölkələrinin gələn il neft hasilatını artıracağı proqnozlaşdırılır

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2023-2024-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu cüzi artırıb.

EIA-nın aylıq hesabatına əsasən, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28.5 mln. barel olacağı proqnozlaşdırılır, bu da öncəki proqnozdan 0.01 mln. barel çoxdur.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28.06 mln. barel olacaq. Bu, əvvəlki proqnoz göstəricidən 0.04 mln. barel çoxdur.

Qeyd olunur ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28.67 mln. olub.

Xatırladaq ki, 2021-ci ildə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26.28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25.6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29.27 mln. barelə bərabər idi.

Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn il də çata bilməyəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər