12 C
Baku
Wednesday, December 11, 2024

OPEC+ ölkələrinin hasilatı azaltmaq qərarı qıtlığa səbəb ola bilər – Fitch

OPEC+ ölkələrinin may ayından ilin sonuna qədər neft hasilatını könüllü şəkildə azaltmaq qərarı qısa müddətdə qiymətləri dəstəkləməlidir və Çində tələbin bərpası fonunda, 2023-cü ilin ikinci yarısında neft bazarında qıtlığa səbəb ola bilər.

Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin məqaləsində deyilir.

Bununla yanaşı, ekspertlər hələ də 2023-cü il üçün Brent kotirovkalarının qiymətlərini bir barel üçün 85 dollar səviyyəsində proqnozlaşdırırlar, lakin qısamüddətli artımı istisna etmirlər.

“İstehsalın azaldılması qərarı bu il bazarın kəsirlə üzləşmə ehtimalını artırır, çünki ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2023-cü ildə tələbin, əsasən, gündəlik 2 milyon barel artacağını təxmin edir. Çinin bazara açılması tələbat artımının təxminən yarısını təşkil edəcək”, – məqalədə deyilir.

Xatırladaq ki, aprelin 2-də bir sıra OPEC+ ölkələri qlobal enerji bazarının sabitliyini təmin etmək üçün may ayından cari ilin sonuna kimi neft hasilatının könüllü azaldılmasını elan ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər