10 C
Baku
Friday, December 13, 2024

OPEC+ ölkələrinin iclası təxirə salındı

Bazar ertəsi günü ABŞ-ın Rusiya və Səudiyyə Ərəbistanı arasındakı neft danışıqlarına qoşulmaqdan imtina etməsindən sonra neftin qiyməti 10% düşüb.

Banker.az bu barədə “Vest.ru”ya istinadən xəbər verir.

Brent markalı neftin qiyməti 33,8 dollar, WTI  markalı neftin qiyməti isə 27,9 dollar təşkil edir.

Xatırladaq ki, 3 apreldə Rusiya OPEC+ ölkələrinin və ABŞ-ın neft istehsalını azaltmasına tərəfdar olduğunu bildirmişdir. Buna cavab olaraq Donald Tramp OPEC təşkilatının qanunsuz olduğunu bildirib.
OPEC+ ölkələrinin iclası aprelin 6-dan aprelin 9-na təxirə salınıb.

Son xəbərlər
Digər xəbərlər