Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) strateji ehtiyatların satışı fonunda dünya bazarında tədarükün əhəmiyyətli dərəcədə artmasına səbəb olacağını proqnozlaşdırıb. Banker.az xəbər verir ki, bu barədə çərşənbə günü yayılan və “Bloomberg”in sərəncamında olan sənəddə deyilir.
Onun verdiyi məlumata görə, əgər strateji ehtiyatlardan təqribən 66 milyon barel neft satılsa, yaxın iki ay ərzində neftin təklifi sutkada 1.1 milyon barel arta bilər. OPEC-in nümayəndələri qeyd ediblər ki, tədarükün artması halında yanvarda hasilatın artırılması planı ləğv ediləcək.
Xatırladaq ki, çərşənbə axşamı günü ABŞ strateji ehtiyatlardan 50 milyon barel neft satdığını açıqlayıb. Ağ Ev bir sıra digər dövlətlərin, o cümlədən Böyük Britaniya, Hindistan, Çin, Cənubi Koreya və Yaponiyanın neft ehtiyatlarının bir hissəsindən istifadə etmək niyyətində olduğunu vurğulayıb.