2 C
Baku
Saturday, December 14, 2024

“OPEK” neft hasilatını azaltdı

OPEK-ə üzv ölkələr  neft hasilatını ən aşağı həddə qədər endirib.Yanvarda sutkalıq hasilatı 32.65 milyon barrel olan neftin hasilatı fevral ayında sutkada 32.37 milyon barrelə enib.

Səudiyyə Ərəbistanı yanvar ayı ilə müqaisədə neft hasilatını sutkalıq 10.20 barrel civarında saxlayıb. Ötən ilin iyun ayından krallığın neft hasilatı gün ərzində 10.56 milyon barrel təşkil edib.

Neft hasilatının azalmasında ən yüksək göstəricini İraq göstərib. 2015-ci ildə neft istehsalının artığı İraqda hasilatın enməsinə səbəb Şimali İraq Kürd Muxtar Vilayətində neft çıxarılmasının dayandırılması olub.

Fevralın 16-da Qətərdə  Rusiya, Qətər, Səudiyyə Ərəbistanı və Venesuelanın nümayəndələrinin iştirakı ilə baş tutan danışıqlarda neft hasilatının səviyyəsini 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurmaq qərarı verilib.

Qətər energetika nazirliyinin nümayəndələri isə qərarın icrasını nəzarətdə saxlayacaqlarını bildiriblər.  Nazirlikdən onu da əlavə etdilər ki, gələcək tədbirlər haqda ölkələr yaxın aylar ərzində düşünəcəklər.

Dünya bazarında neft hasilatının artması neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib. Buna əsas səbəb kimi ABŞ və “Altılıq” ölkələrinin İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırması və ABŞ-ın 40 illik qadağadan sonra   neft ixrac etməyə başlaması göstərilir. 695 milyon barrel neft ehtiyatı olan və onun 8%-ni satmağı planlaşdıran ABŞ ötən aydan neft hasil etməyə başlayıb.

ANS-Press

Son xəbərlər
Digər xəbərlər