26 C
Baku
Tuesday, September 9, 2025

“OpenAI” 2029-cu ilə qədər proqnozlaşdırılan xərclərini $115 milyarda yüksəldib

“OpenAI” 2029-cu ilə qədər proqnozlaşdırılan xərclərini 115 milyard dollara yüksəldib. Bildirilir ki, yeni proqnoz şirkətin 2025-ci ilin birinci rübündə verdiyi proqnozdan 80 milyard dollar çoxdur, “The Information” yazır. Təkcə əməkdaşların səhmlərlə kompensasiya xərcləri 20 milyard dollar artıb.

2025-ci ildə “OpenAI”nin xərcləri 8 milyard dollara çatacaq ki, bu da əvvəlki proqnozdan 1.5 milyard dollar çoxdur. 2026-cı ildə xərclər iki dəfə artaraq və 17 milyard dollara yüksələcək. Şirkət İİ (süni intellekt) modellərinin təliminə 2025-ci ildə 9 milyard, 2026-cı ildə isə 19 milyard dollar sərf etməyi planlaşdırır. 2027-ci ildə xərclər 35 milyard, 2028-ci ildə isə 45 milyard dollar təşkil edəcək.

Nəşrin məlumatına görə, “OpenAI” artan xərclərə öz çiplərinə və məlumat mərkəzlərinə keçid sayəsində nəzarət etməyi düşünür. 2025-ci il sentyabrın 5-də “Financial Times” xəbər verib ki, şirkət “Broadcom” ilə birgə çip istehsalına başlamağa hazırlaşır və sifarişin məbləği 10 milyard dollarddan çoxdur.

“OpenAI”nin 2030-cu il üçün gəlir proqnozu 15% artırılaraq 200 milyard dollara çatdırılıb. Şirkət həmçinin abunəsiz istifadəçilərdən gəliri artırmağı planlaşdırır, lakin ChatGPT-nin pulsuz versiyasında hansı monetizasiya üsullarının tətbiq olunacağı dəqiqləşdirilmir.

Son xəbərlər
Digər xəbərlər