“ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkəti çat-botu patentləşdirmək üçün müraciət edib. Vəkillərin sözlərinə görə, müraciətə baxılması bir neçə ay çəkə bilər. Amerika startapının bu addımı rəqiblərin öz çat-botunu yaratmaq və “GPT” adından istifadə etmək cəhdləri ilə bağlı olub.
Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
Hüquqşünas Cefferson Şerin sözlərinə görə, “OpenAI”nin patent almaq üçün kifayət qədər əsasları var. Şirkət tanınır və bir neçə ildir ki, çat-botdan istifadə edir: orijinal GPT-1 modeli 2018-ci ilin oktyabrında yaradılıb.
“OpenAI” şirkəti “ChatGPT”ni 2022-ci ilin payızında təqdim edib. Çat-bot bütün istifadəçilər üçün əlçatandır və dialoq aparmaq, skriptlər və məqalələr yazmaq, məsləhətlər vermək və şəkilləri tanımaq qabiliyyətinə malikdir. Aprel ayında İlon Mask “OpenAI” ilə rəqabət aparmaq üçün öz çat-botunu yaradacağını açıqladı.