“Cem Group” MMC “Optimal Elektronika” MMC-ni məhkəməyə verib
Banker.az xəbər verir ki, iddiaya səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatına verilib.
Qeyd edək ki, 2013-cü ildə yaradılan “Optimal Elektronika” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir. Şirkətin nizamnamə kapitalı 11 485 360 manatdır və qanuni təmsilçisi Əhəd Əsgərovdur.
“Cem Group” MMC mətbəx əşyalarının Azərbaycan Respublikasında distrubusiyası ilə məşğul olur.