“Bank Respublika” ASC “Oracle üzr mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Oracle SOA Application Server administrativ işlərin aparılması: quraşdırılması (installation), yeni proqram təminatının quraşdırılması (deployment), problemlərin aradan qaldırılması, istifadə olunan və yeni servislərə dəstək verməsi;
• Webservices quraşdırılması və araşdırılmalar aparılması;
• Yeni servislərdə tədqiqat işlərinin aparılması;
Namizədə qarşı tələblər:
• Ali təhsil (texniki təhsil arzu olunandır)
• Oracle SOA Application Server administrator işləri üzrə təcrübə
• SOA AS (v.10.2) quraşdırılması bacarığı
• Nasazlıqların axtarışı və həlli üzrə bacarıqlar
• SOA proqramlarının quraşdırılması (services deployment) bacarığı
• Oracle Weblogic biliyi arzu olunandır
• Azərbaycan, rus dillərini yaxşı bilməli, ingilis dili yaxşı/orta (texniki səviyyədə) bilməli
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
• Ünsiyyətqurma və komandada işləmək bacarığı
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Oracle üzr mütəxəssis” qeyd edərək [email protected]elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.