16 C
Baku
Monday, April 29, 2024

Orban dostlarını özü seçir

Macarıstanın baş naziri Viktor Orban qeyri-adi siyasətçidir. Avropada bəziləri onu diktator adlandırsa da, Orban demokratik seçkilərdə qazandığı qəbələrlə hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olub.

Macarıstan Avropa İttifaqnın üzvü olsa da, Viktor Orban bir sıra hallarda Brüssellə kəsişən siyasət yürüdür və açıqlamalar verir. Misal üçün Orban Rusiya-Ukrayna müharibəsinin dayandırılması və danışıqlara başlanılmasının tərəfdarıdır. Orban zaman-zaman Ukraynanın siyasətini tənqid edir və Avropanın Ukraynaya dəstəyinin azaldılması tərəfdarı kimi çıxış edir. Viktor Orban eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə görüşən Avropanın tək lideridir. Avropa İttifaqına üzv olan dövlətlərin digər liderləri Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Kreml sahibi ilə görüşmür və Rusiya prezidentini ölkələrinə dəvət etmirlər. Viktor Orban Avropa İttifaqının Rusiya əleyhinə siyasəti ilə hesablaşmır. Viktor Orban sonuncu dəfə Putinlə Çində oktyabrın 17-də görüşüb. Orban Çində keçirilən “bir kəmər, bir yol” forumunda iştirak edirdi. Putinin özü də Viktor Orban haqqında müsbət fikirdədir. Çünki Orbandan başqa heç bir Qərb liderinin onunla görüşməməsini Putin nəzərə alır.

“Viktor Orbanın Çinə münasibəti də müsbətdir”- deyə, bunu Bakıda fəaliyətdə olan Atlas araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.

“Macarıstanın baş naziri hesab edir ki, Çin potensialına görə 30 il ərzində ABŞ-a çatıb və bu dövləti ötməkdədir. Viktor Orban Çinin hamıdan güclü olduğunu iddia edib. Halbuki, bu iddia ilə razılaşmayanlar az deyil. Bir qrup iqtisadi ekspert hesab edir ki, Çinin iqtisadi artımı yavaşlayıb və iqtisadi islahatların tempi azalıb. Bu o deməkdir ki, yaxın gələcəkdə Çinin gəlirləri azalacaq. Ancaq bu Viktor Orbanı az narahat edir”.

Siyasi şərhçi Elxan Şahinoğlu V.Orbanı praqmatik siyasətçi hesab edir. Onun müxtəlif ölkələrlə formalaşdırdığı münasibətlər Macarıstan istisadiyyatının potensilanın artmasına xidmət edir.

“Ancaq məsələ burasındadır ki, Budapeşt eyni zamanda Brüsseldə qəbul edilən ortaq qərarlardan kənara çıxa bilmir. Misal üçün əgər Avropa İttifaqının Rusiya və Çinlə ticarətdə məhdudiyyətləri mövcuddursa, Macarıstan istəsə belə bu iki ölkə böyük layihələr reallaşdırmaqda çətinlik çəkəcək. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması da Viktor Orbanın praqmatik maraqlara xidmət edir. Viktor Orban Azərbaycan və Mərkəzi Asiya ölkələrindən neft və qazın nəqlində maraqlıdır. Orban Türk Dövlətləri Təşkilatının Astanadakı toplantısına iki gün əvvəl gəlmişdi. Orbanın məqsədi enerji resursları ilə bol olan Qazaxıstanla ortaq layihələrin müzakirəsi idi”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər