9 C
Baku
Thursday, December 12, 2024

Orbanın “Böyük Macarıstan” təsvirli şərfi Ukraynanı qəzəbləndirdi

Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın Baş naziri Viktor Orbanın şərfinə görə ölkədəki səfirini geri çağırmaq qərarına gəlib. Belə ki, siyasətçi milli komandaların futbol matçına qatılıb və boynuna “Böyük Macarıstan” xəritəsinin təsviri olan şərfi taxıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Daha əvvəl oxşar iddialarla Rumıniya Xarici İşlər Nazirliyi çıxış edib. Xatırladaq ki, “Böyük Macarıstan” – Macarıstanın 1920-ci il iyun ayınadək daşıdığı addır. O illərdə ölkənin sərhədlərinə indiki Slovakiya, Xorvatiya, Rumıniyanın əhəmiyyətli hissəsi və Ukraynanın Karpat arxası ərazisi daxil olub.

Son xəbərlər
Digər xəbərlər