21 C
Baku
Saturday, May 4, 2024

Orta Dəhliz boyu ölkələrinin “vahid tranzit portalı” yaradılıb

Orta Dəhliz boyu ölkələrinin gömrük orqanları üçün www.mc-transit.net “vahid tranzit portalı” yaradılıb.

Bunu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin müavini Rauf Quliyev Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.

R.Quliyev əlavə edib ki, tranzit əməliyyatları zamanı portalda qeyd edilən məlumatları dəhliz üzərində yerləşən ölkələrin görmək imkanı olacaq.

DGK rəsmisi əlavə edib ki, hazırda portal üzərindən işlər gedir və tezliklə istifadəyə veriləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər