8 C
Baku
Friday, March 29, 2024

Oşo – Sadəcə özün ol!

Hamı eyni vəziyyətdədir – özü olmaqdan qorxur. Bu, bəsit, ancaq çox təhlükəli strategiyadır. Cəmiyyət sənə ideallar vermək əsasında qurulub. Beləliklə, sən başqası olmağa çalışırsan. Buddist budda olmağa, xristian İsa olmağa çalışır. Bunların hamısı diqqəti özündən uzaqlaşdırmaq üçün ağıllı şəkildə qurulmuş alətdir ki, bəlkə də insanlar bunun fərqində deyillər.

Təbii olaraq əgər sən başqaları tərəfindən qoyulmuş qayda və qanunlara əməl etsən, hörmət və şərəfə layiq olarsan. Əgər ikiüzlü olmağı bacarsan, cəmiyyətin ən hörmətli vətəndaşlarından olarsan, ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Bunun üçün gərək böyük cəsarətin ola. Təkcə ayaq üstə durub “Hamı kimi olmayacağam, yaxşı yaxud pis qəbul ediləcək özüm olacağam” deyə bilmək üçün gərək skleti dəmirdən olan bir insan olasan. Bu həyata son dərəcə üsyankar bir yanaşmadır. Bu günə qədər mövcud olmuş hər bir cəmiyyətin və hər bir sivilizasiyanın bir şərti var: ya özünü qəbul edib hamı tərəfindən rədd edilirsən, ya da özünü rədd edib, bütün cəmiyyətin və sivilizasiyanın hörmət və şərəfini qazanırsan.

Bu həqiqətən çox çətin seçimdir. Təbii ki, əksəriyyət ikincini seçəcək. Amma bu hiss hər cür narahatlıq, əzab, mənasızlıq, heç nəyin inkişaf etmədiyini, heç nəyin yaşıl olmadığını, dayanmadan getdiyin halda, qarşına yaşıl vahə çıxmayacaq səhraya oxşar həyat da həyat da gəlir.

Etdiyin şeyde deyilsən

Olduğun yerdə deyilsən

Bu tamamilə boşluqdur.

Nə vaxt özünü öyrənməklə bağlı arzun olsa, dərhal bir qorxu onun arxasınca düşəcək. Bu qorxu, əgər özünü tapası olsan, öz gözlərində belə özünə olan hörməti itirmə qorxusudur.

Cəmiyyət hər bir fərdə təzyiq göstərir. Səni şərtləndimək üçün əlindən gələni edir. Beləcə, sən özünün şərtləndirilməli olduğuna, beləcə yaşamalı olduğuna inanmağa(fikirləşməyə) başlyırsan.

Gərək qorxudan imtina edəsən. O, sənə məcburən verilmiş bir şeydir- təbii deyil. Uşaqlara diqqətlə baxaq: uşaq özünü olduğu kimi qəbul edir. Başqa birisi olmaq arzusu yoxdur. Hər bir insan böyüdükcə fikirləri, arzuları dolaşır. Təkrarən özünə qayıtmaq üçün cəsarətli olmalısan. Səhv halda başqasının həyatını yaşamaqdansa, özün olub bütün dünya(başqaları olanlar) tərəfindən lənətlənmək daha yaxşıdır.

Hüzurlu həyat yaşaya bilərsən. Bunun iki yolu yoxdur, təkcə bir yolu var: o da elə özün olmağındır. Bunu da özünə qarşı dərin bir şəkildə qəbuletmə və hörmət hissiylə başlayırsan. Ancaq bu böyük cəsarət tələb edir. İnsan izdihamın içində özün rahat hiss edir. Təbii olaraq insan tək getməkdən qorxar. Zehnin mübahisəyə başlayar : “sən tək gedirsən? İzdihamın bir hissəsi olmaq daha yaxşıdır, cavabdehlik daşımırsan”.

Hamı cavabdehlik daşıyır. Amma sən izdihamdan ayrılan anda məsuliyyəti öz əlinə almış olursan. Məsuliyyət yalnız medalyonun bir üzüdür. O biri üzü isə azadlıqdır. İkisinə də birdən sahib ola bilərsən. Ya da ikisindən də birdən imtina edə. Эgər məsuliyyət istəmirsənsə, azadlığa sahib ola bilməzsən. Və azadlıq olmadan da böyümək qeyri-mümkündür. Buna görə də öz məsuliyyətini qəbul etməli və mütlək azadlıq içində yaşamalısan. Bu an sevinc, rahatlıq və hüzür içində olacaqsan.

Son xəbərlər
Digər xəbərlər