12 C
Baku
Sunday, October 27, 2024

Ötən il hasilat düşsə də, neft qiymətlərinin artması büdcə gəlirlərini artırıb

Azərbaycanda neft hasilatının azalması fonunda ümumi daxili məhsulun neft-qaz sektorunda real ifadədə azalma qeydə alınmış, lakin neft-qaz qiymətlərinin yüksək olması dövlət büdcəsində müvafiq sektor üzrə gəlirlərin artmasına imkan verib.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinə dair rəyində bildirilir.

2022-ci ildə neft-qaz sahələrində yaradılmış əlavə dəyər 63 mlrd. 999.8 mln. manata bərabər olmuş, bu sahə üzrə illik müqayisədə real ifadədə 2.7% azalma qeydə alınmış, bununla da neft-qaz sektoru iqtisadi artıma 1.0 faiz bəndi azaldıcı təsir edib. Azalma neft hasilatı ilə bağlı olub, əmtəəlik qaz hasilatının illik ifadədə 7.3% artması əmtəəlik neft hasilatının 5.6% azalmasını tam kompensasiya edə bilməyib.

2023-cü ilin “Büdcə zərfi”ndə təqdim edilmiş gözləntilərdə olduğu kimi, 2022-ci ildə ÜDM-in neft-qaz sektorunda real ifadədə azalma qeydə alınsa da, neftin bir barel qiymətinin yenidən baxılmış “Büdcə zərfi”ndə nəzərdə tutulduğundan 18.6 ABŞ dolları çox olması, həmçinin yüksək təbii qaz qiymətləri bu sektor üzrə əlavə dəyərin nominal həcminin proqnoza nisbətən yüksək olmasına, bununla da dövlət büdcəsinin bu sektordan vergi orqanlarının xətti ilə daxil olan gəlirlərinin yüksək faizlə icra edilməsinə imkan verib.

1 10

Vergi orqanlarının xətti ilə toplanan gəlirlərdən fərqli olaraq, dövlət büdcəsinin neft gəlirlərinin digər komponenti olan ARDNF-dən transfertin icra faizi aşağı olmuşdur. Belə ki, yenidən baxılma zamanı 1 mlrd. 192.5 mln. manat azalma ilə nəzərdə tutulmuş bu transfertlər ilin sonunda 3 mlrd. 594.5 mln. manat da az icra edilərək, 7 mlrd. 923.0 mln. manata bərabər olub. Vergi orqanları xətti ilə təmin edilən neft gəlirlərinin yenidən baxılmış proqnozdan 3.4 mlrd. manat çox olması ARDNF transfertlərinin təxminən elə bu məbləğ qədər aşağı icrasına şərait yaratmışdır. Nəticədə, ilk dəfə olaraq, dövlət büdcəsinin neft gəlirlərinin tərkibində vergi orqanlarının xətti ilə toplanan gəlirlər və transfertlərin payı demək olar ki bərabər olub. Məlumat üçün qeyd edilir ki, 2021-ci ildə neft sahəsi üzrə bu gəlirlər DNF transfertindən 5 dəfə az olub.

 

Son xəbərlər
Digər xəbərlər