36 C
Baku
Wednesday, August 17, 2022

Ötən il internet bankçılıqla 142 milyard manat köçürmə olub

Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi
irəliləyişlər nəzərə çarpır. Belə ki, 2021-ci il ərzində bank müştərilərinin cari hesablarından
aparılan köçürmələrin ümumi sayı 76 mln. ədəd, həcmi isə 224.5 mlrd. manat təşkil edib.

Aparılan köçürmələrin say üzrə 80%-i (60.4 mln. ədəd), həcm üzrə isə 73%-i (163.1 mlrd.
manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.

2021-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin
həcmi 2020-ci il ilə müqayisədə 63% artaraq 142 mlrd. manat olub.

2021-ci il ərzində Mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin
həcmi 2020-ci il ilə müqayisədə 2.8 dəfə artaraq 3.9 mlrd. manat olub.

Son xəbərlər
Oxşar xəbərlər