4 C
Baku
Thursday, February 22, 2024

Ötən il Rusiyanın Avropa ölkələrinə ixracı 68% azalıb

Rusiyanın 2023-cü ildə Avropa ölkələrinə ixracı 68% azalaraq 84.9 milyard dollara dollara düşüb.

Bu barədə Rusiya Federal Gömrük Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiyanın Avropadan idxalının həcmi də 12.3% azalaraq 78.5 milyardq enib.

Eyni zamanda, Rusiyanın Asiyaya ixracı 5.6% artaraq 306.6 milyard dollara, idxal isə 29.2% artaraq 187.5 milyard dollara çatıb.

Şimal qonşumuzun Afrika ölkələri ilə ticarətində də müsbət dinamika müşahidə olunur. Belə ki, Afikrikaya ixrac güclü şəkildə 42.9% artaraq 21.2 milyard dollara, idxal isə 8.6% artaraq 3.4 milyard dollara çatıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər