2 C
Baku
Saturday, December 14, 2024

Ötən ay əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3.9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən verilən xəbərə görə, onlardan 1.9 mininə ilkin, 2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Son bir ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 8.6 min şəxsə reabilitasiya xidməti göstərilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər