12 C
Baku
Wednesday, December 11, 2024

Ötən ay ən çox yığım edən sığorta şirkətləri – Siyahı

Azərbaycanda 2022-ci ilin may ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (179 milyon 671 min manat). İkinci yerdə isə 109 milyon 336 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Qala Sığorta” qərarlaşıb. (23 milyon 510 min manat), 4-cü yerdə “Atəşgah Həyat Sığorta” (21 milyon 965 min manat), 5-ci yerdə isə “Xalq Sığorta” (15 milyon 500 min manat).

May ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (993 min manat), “Meqa Həyat Sığorta” (681 min manat) sığorta şirkətləridir.

Sığortaçının adı  Sığorta haqları (2022-ci il may), manat 
Paşa Həyat Sığorta         179,671,071
Paşa Sığorta         109,335,551
Qala Sığorta            23,510,114
Atəşgah Həyat Sığorta Şirkəti            21,965,072
Xalq Sığorta            15,500,137
Atəşgah Sığorta Şirkəti            11,817,418
Meqa Sığorta              9,462,944
A-Qroup Sığorta Şirkəti              8,542,335
Qala Həyat Sığorta Şirkəti              7,660,610
Azərbaycan Sənaye Sığorta              6,976,211
İpək Yolu Sığorta              6,264,808
Aqrar Sığorta              5,039,479
AzSığorta              4,882,757
Dövlət Sığorta Kommersiya Şirkəti              4,308,085
Xalq Həyat Sığorta Şirkəti              3,075,883
Günay Sığorta              2,753,452
Bakı Sığorta              2,238,191
AtaSığorta              1,959,933
Naxçıvansığorta                 993,112
Meqa Həyat Sığorta                 680,672
Son xəbərlər
Digər xəbərlər