15 C
Baku
Wednesday, May 15, 2024

Ötən ay kərə yağının idxalı 19% artıb

Ötən ay Azərbaycan xaricdən 1 137.64 ton kərə yağı və süddən hazırlanmış digər yağlar alıb. Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağının idxalına $6 mln. 377.57 min sərf olunub.

Qeyd edək ki, ötən ilin yanvar ayında 1 070.35 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Bu yağların idxalına $5 mln. 365.41 min sərf olunub.

İllik müqayisə aparsaq görürük ki, bu ilin yanvar ayında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsində 6.3%, dəyər ifadəsində isə 18.9% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər