9 C
Baku
Thursday, December 12, 2024

Ötən ay Türkiyədən mənzil alan azərbaycanlıların sayı azalıb

Bu ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 95 mənzil alıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 mənzil və yaxud 9,19% çoxdur.

Bu ilin yanvar-mart aylarında isə azərbaycanlılar Türkiyədə 284 mənzil alıb. Bu isə 1 il əvvələ nisbətən 3 mənzil və yaxud 1,04% azdır.

Ümumilikdə martda xarici vətəndaşlar Türkiyədə 3 075 mənzil alıb ki, bu da illik müqayisədə 85 mənzil və yaxud 2,69% azdır.

Bu rəqəm yanvar-mart aylarında isə 11 068 mənzil təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1 351 mənzil və yaxud 13,9% çoxdur.

2020-ci ildə Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar martda 465, yanvar-martda isə 1 864 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar mart ayında 426, yanvar-martda isə 1 856 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan mart ayında 227 mənzilə, yanvar-martda isə 763 mənzilə sahib olub.

©Report

Son xəbərlər
Digər xəbərlər