2021-ci ildə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 494.3 milyon manat gəlir əldə olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin eyni dövrü ilə müqayisədə avtomobil benzini və dizel yanacağı satışından gəlir 3.9% artıb.
Təkcə dekabr ayı ərzində istehlakçılar avtomobil benzini və dizel yanacağına 214.9 mln. manat xərcləyiblər.
Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5.6 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunmuşdur.